Naxçıvan MR-in iqtisadiyyat naziri Tapdıq Əliyev Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olub. Bu haqda 25 aprel tarixində Sumqayıt24 Report-a istinadən xəbər verir.
Görüş zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə, eləcə də ölkədəki sənaye parkları, istehsal edilən məhsullar haqqında ətraflı məlumat verib. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda nazir Sumqayıt Kimya Sənaye Parkının ərazisi və burada fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə tanış olub.