top
Nərdivan kənara qoyulub, boyumdan istifadə edirlər - Sumqayıt basketbolçusu
13 fevral 2026, 16:31
- ↺ +

"Nərdivan kənara qoyulub, boyumdan istifadə edirlər" - "Sumqayıt" basketbolçusu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gənc yaşına baxmayaraq, onun hələ 18 yaşı tamam olmayıb. Hüseyn Qaflanov artıq ölkə basketbolunda kifayət qədər tanınır. Hazırda o, həm "Sabah", həm də "Sumqayıt"ın şərəfini qoruyur və bununla yanaşı, ölkənin ən hündür basketbolçusudur. Avropanın top-klublarında keçdiyi təcrübə mərhələləri xüsusi diqqətə layiqdir.

İspaniya və Litvadakı təcrübəsi, həmçinin 210 sm boyla həyat haqqında basketbolçu İdman.Biz-ə müsahibəsində danışıb.

- Hüseyn, necə oldu ki, eyni anda iki klubun formasını geyinirsiniz?

- Bu, federasiyamızın tətbiq etdiyi ikiqat müqavilə sistemi sayəsində mümkün olub. Həmin sistem gənc oyunçulara daha çox praktika qazanmağa və ehtiyatda oturmamağa imkan verir. Buna görə hazırda həm "Sabah", həm də "Sumqayıt"da çıxış edirəm.

-17 yaşda 210 sm boy həqiqətən təsiredicidir. Bir az özünüz haqqında danışın, ümumiyyətlə idmana necə gəlmisiniz?

- 1 mart 2008-ci ildə Bakıda anadan olmuşam. Əvvəlcə futbola marağım var idi - qapıçı olmaq istəyirdim. Amma 11-12 yaşlarımda atamın məsləhəti ilə basketbola gəldim. Boyum 195 sm-ə çatanda atam "Facebook" vasitəsilə mənə məşqçi tapdı - Tahir Baxşıyev. Onun diqqətini çəkdim və mənimlə məşğul olmağa başladı.

- Gələcəkdə milli komandanın baş məşqçisi olacaq bir mütəxəssislə məşqlər yaxşı başlanğıc idi. Basketbolda sonrakı yolunuz necə davam etdi?

- Federasiyamızın dəstəyi ilə təxminən dörd ilə yaxın xaricdə təcrübə keçdim. ABŞ-də Cənubi Kaliforniya Akademiyasında, Litvada Vilnüs Basketbol Məktəbində, həmçinin İspaniyada "Valensiya" və "Real"ın yeniyetmə komandalarında olmuşam.

- Belə məktəblərin təcrübəsinə malik olsanız da, "Sabah"ın əsas heyətində hər zaman yer almırsınız və buna görə "Sumqayıt"da oynayırsınız. Əfsanəvi litvalı basketbolçu Arvidas Sabonis 18 yaşında artıq SSRİ yığmasının heyətində dünya çempionu idi və ora düşmək daha çətin idi.

- Bəlkə də cavabım bəhanə kimi səslənəcək, amma pandemiya səbəbindən bizim nəsil ən azı il yarım itirdi. Nəinki oynaya, heç məşq də edə bilmirdik. Bu dövr məhz formalaşma mərhələmə təsadüf etdi. Elə çətin an oldu ki, ümumiyyətlə idmandan uzaqlaşa bilərdim. Hələ də itirdiklərimizi kompensasiya etməyə çalışırıq.

- Sizcə, basketbola keçməyinizlə futbol itirdi, yoxsa basketbol qazandı?

- Düşünmürəm ki, futbol məni itirdi (gülür). Seçimimdən razıyam və düşünürəm ki, basketbol da tezliklə buna sevinəcək.

 

- Komandalarınızın məşqçiləri - Vladimir Kuraşmin və Rimas Kurtinaytis ilə münasibətləriniz necədir? Sonuncu ilə "Sabah"dakı oyun vaxtınız barədə danışmısınız?

-Xeyr, bu mövzuda danışmamışıq. Hələlik o, gənclərə çox vaxt vermir, çempionatın əvvəlindən cəmi bir neçə dəfə parketə çıxmışam. Amma bizə inanmasaydı, ümumiyyətlə komandada olmazdıq. Vladimir Kuraşmin isə məni mütəmadi olaraq "Sumqayıt"ın start heyətində meydana buraxır və hərtərəfli dəstək olur. Mən necə narazı qala bilərəm?

- Siz ağır hücumçu mövqeyində oynayırsınız. Bu boyla niyə mərkəz oyunçusu deyilsiniz?

- Mərkəz üçün bir az yüngüləm - cəmi 95 kq çəkim var. Amma özümü normal hiss edirəm, həkimlər problem olmadığını deyirlər. Üstəlik, qaçmağı və tez-tez atış etməyi xoşlayıram, bu mövqe məni tam qane edir.

- Bəs yeməyə münasibət necədir? Ən çox nəyi sevirsiniz?

- Ən çox anamın düşbərəsini sevirəm. Həmçinin ət, düyü və onlardan hazırlanan yeməkləri xoşlayıram.

- Ananızın yeməklərini sevirsiniz, bəs ev işlərində boyunuzdan istifadə edib kömək edirsiniz?

- Əlbəttə, başqa cür mümkün deyil. Pərdələri dəyişmək və ya çilçırağı təmizləmək lazımdırsa, mənsiz alınmır. Evdə çoxdan heç bir nərdivandan istifadə etmirik, yalnız məni "istismar" edirlər (gülür). Tavana isə yalnız tullanaraq çatıram - evimizdə tavanlar hündürdür. Uşaq vaxtı daim tullanır, divarda müəyyən nöqtəyə çatmağa çalışırdım. Yeddi mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayırıq və xoşbəxtlikdən altımızda qonşu yox idi. Amma bir dəfə hətta beşinci mərtəbədən şikayətə gəlmişdilər - səs-küyə görə. Bundan sonra mənzildə tullanmağı dayandırmalı oldum.

- Belə boyla məişətdə hansısa çətinliklər varmı? Məsələn, qızlarla ünsiyyət necə alınır?

- Tez-tez başımı harasa vurmağımı saymasaq, ciddi minus yoxdur (gülür). İnsanların maraqlı baxışlarına 12 yaşımdan, məktəb dövründən öyrəşmişəm. Qızlara gəlincə, müşahidələrimə görə, boyum onların xoşuna gəlir. Qızın hündür olması vacib deyil - əsas xarakter uyğunluğudur. Qalan məsələlər həllini tapır.

- Gələcək planlarınız necədir? Yenidən xaricdə özünüzü sınamaq istərdinizmi?

- Bu məsələni federasiya və məşqçilər korpusu ilə birlikdə həll edəcəyik. Hazırda U20 gənclər yığmasında oynayıram və böyüklərdən ibarət milli komandanın heyətinə də daxiləm. Hələ plan qurmaq tezdir, amma gələcəkdə yenidən xarici çempionatda çıxış etmək istərdim.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər