Novxanı qəsəbəsində yaşı 65-dən yuxarı olan şəxslər üçün ekskursiya keçirilib. DOST Agentliyi tərəfindən təşkil olunmuş ekskursiyanın məqsədi həmin yaş qrupunda olan vətəndaşların asudə vaxtının səmərəli təşkili və icmalaşmasıdır.
Ekskursiya çərçivəsində, vətəndaşlar dəniz kənarında gəzinib, əyləncəli viktorina, rəqs, ustad dərsi, “Farhouse” Neon Muzeyini ziyarət ediblər. Daha sonra onlar bir-biri ilə öz təcrübələrini paylaşıblar.
Bu layihə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilir.