Reabilitasiya mərkəzində müalicə alan gənc ölüb. Sumqayıt24 bu haqda 2 fevral tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Hadisə yanvarın 31-nə keçən gecə Novxanı qəsəbəsində baş verib. “Uğur yolu” – narkotik asılılığı olan şəxslərin reabilitasiya mərkəzində 27 yaşlı Roma Fataxov özünü hovuza atıb. Hovuzdan çıxarıldıqdan sonra onun halı qəfil pisləşib. Xəstəxanaya aparılan gənc vəfat edib.
Roma Fataxovun özünü nə məqsədlə hovuza atması hələlik məlum deyil.
Araşdırma aparılır.