Piyadalar Novxanı-Sumqayıt yolunu çətinliklə keçirlər. Sumqayıt24 bu haqda 18 aprel tarixində xəbər verir.
“Amore” restoranının yaxınlığında piyada keçidi olsa da, sürücülərin əksəriyyəti ona məhəl qoymur və piyadalara yol vermirlər. Bu cür qayda pozuntuları, əsasən, gecə saatlarında ağır qəzaya, ölümlərə yol aça bilir.
“Burada saysız-hesabsız qəzalar olub. İnsanlar canlarından olublar. Aidiyyəti qurumdan xahiş edirik ki, əraziyə işıqfor qoyulsun”, - deyə müraciətçilər əlavə ediblər.