Sumqayıtda 44 yaşlı Bakı sakininin meyiti tapılıb. Sumqayıt24 bu haqda 1 aprel tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə Novxanı bağlarında qeydə alınıb. Bağ evində aşkarlanan cansız bədənin həmin ünvanda bağban işləyən Xanbaba Allahquliyev olması müəyyən edilib.
Ölümün səbəbləri məlum deyil. Araşdırma aparılır.