Bu gün boz ayın Od çərşənbəsidir. Od çərşənbəsi, həmçinin “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” kimi də tanınır.
Od istilik verən məfhum kimi yox, həmçinin arındırıcı bir varlıq kimi də təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi bununla bağlıdır.
Qədimdən od işıqlı gələcək, xeyir və bərəkət rəmzi olmuşdur. Bu çərşənbədə tonqallar daha möhtəşəm və hündür yerdə qalanar, bütün el həmin tonqalın başına yığışarmış. Odunlar yenicə alışmağa başlayanda qızlar odun şərəfinə nəğmələr söylərmişlər.
Həmçinin qədimdə od çərşənbəsində qonum-qonşular yasda olan ailənin həyətində tonqal qalar, bununla da o ailəni yasdan çıxararmışlar.