top
Oğrular evdə adam olub-olmadığını necə bilir?
29 mart 2025, 06:42
- ↺ +

Oğrular evdə adam olub-olmadığını necə bilir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Sumqayıtda “yeni növ” oğrular peyda olub. Onlar gecə saatlarında mənzillərin qapılarını qırıb və oğurluq ediblər. 

İnsanlarda haqlı olaraq mühüm suallar yaranır: həmin şəxslər müəyyən evlərdə adamların olub-olmadığını haradan bilirlər? Bu tip oğrulardan necə qorunmaq olar?

Aparılan araşdırmalara görə, bayram və tətil günlərində oğurluq halları artır. Çünki insanların əksəriyyəti bu günlərdə şəhərdəki evlərini tərk edir, rayonlara və ya xaricə yollanır. 

Oğruların köməkçisi - qəbzlər və xüsusi vərəqələr

Oğruların ən böyük “silah”ı evlərin qapısına sıxışdırılmış elektrik, qaz borcları qəbzləridir. Onlar bu qəbzlərə əsasən ev sahiblərinin evdə olub-olmadığını müəyyənləşdirirlər. Tutaq ki, həmin qəbz üç gün qapıda qalırsa, bu, evin oğruya “məni soy” mesajı verməsi deməkdir. Ya da başqa bir üsul.

Oğrular sahibinin evdə olmadığından şübhələndikləri evin qapısı ağzına özləri kiçik bir kağız, ya da kiçik bir ip yerləşdirirlər. Növbəti günlərdə o kağız, ya da ip yerə düşürsə, bu, “qapı açılıb və ev sahibi evdədir” anlamına gəlir. Odur ki, tətilə - bağa, rayona, xaricə gedənlər yaxın bildikləri qonşularından, qohumlarından qapılarına nəzarət etməyi xahiş edə bilərlər.

Bunları etsəniz, oğrudan qorunacaqsız

Araşdırmalar onu da göstərir ki, oğrular üçün daha bir ipucu qaranlıq düşəndə yanmayan ev işıqlarıdır. Polislər məsləhət görürlər ki, evdəki bəzi lampalara müasir texnologiyanın köməyi ilə zaman tənzimlənməsi qoyulsun. Yəni lampa müəyyən saatdan sonra bir müddət işləsin.

Həmçinin açıq qalmış qapı, pəncərə oğurluq üçün ideal zəmin yaradır. Odur ki, evinizin ətrafından içəriyə baxın. Bahalı əşyaların pəncərədən görünməməsinə diqqət yetirin. Əgər yoldan keçən biri bunları asanlıqla görürsə, oğrular da görə bilər. 

Bütün qapı-pəncərələri ayrı-ayrı bağlayın. Qapıların arxasına isə ekstra sürgü taxdırın. Sanki evdəymiş kimi görünün.

Bəzi pərdələri sanki evdə biriləri varmış kimi açıq qoyun. Hamısını bərk-bərk bağlasanız, evdə olmadığınız dərhal anlaşıla bilər.

Bu üsullar oğrulardan qorunmağınıza  100 faiz zəmanət olmasa da, bir çox hallarda onların qarşısını ala bilər.

 

Son xəbərlər

İdman
Bu gün, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Bu gün, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Bu gün, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Bu gün, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Bu gün, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda ərazini çirkab sular basdı - ŞİKAYƏT

İdman
Bu gün, 12:55

"Sumqayıt" – "Şəfa" matçında bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Bu gün, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Bu gün, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Oxşar xəbərlər