“Baku Steel Company” MMC-nin Sumqayıt müəssisəsində vakansiyalar var. Bu haqda 16 avqust tarixində Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
Şirkət 8 aktiv vakansiya üçün işçi axtarır:
- Hidravlik-çilingər (mexanika sahəsi);
- Təmirçi-çilingər (mexanika sahəsi);
- Frezerçi-karuselçi;
- Odadavamlı materiallarla işləyən bənna;
- Qazla kəsici;
- Kalibrləyici usta köməkçisi;
- Torna dəzgahında pardaqlayıcı;
- Kran avadanlıqlarının təmiri və xidməti üzrə təmirçi-çilingər.
Orta ixtisas təhsili olan namizədlər Bakı və Abşeron-Xızı Regional Məşğulluq filiallarına müraciət edə bilərlər.