Sumqayıtda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Bu haqda 15 mart tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Sumqayıt şəhəri üzrə təhsil sektorunda çalışan şəhid ailələrinin üzvləri olan müəllimlər iştirak ediblər. Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin həyətyanı sahəsində ümumilikdə 200-ə qədər sərv ağacı əkilib. Tədbir çay süfrəsi ətrafında davam etdirilib.