Sumqayıt şəhərinin Polad Həşimov küçəsində abadlıq-quruculuq işləri həyata keçirilib. Bu barədə 19 yanvar tarixində Sumqayıt24 DünyaTV-yə istinadən məlumat verir.
Küçə boyunca piyada səkiləri təmir olunur, yerə tamet döşənir. Yaşayış binalarının fasadları və blokları yenilənib. Bir müddət öncə aidiyyəti qurumların əməkdaşları tərəfindən küçədə asfaltlanma işləri aparılıb.
Daha öncə Milli Qəhrəmanın adını daşıyan küçədə onun şərəfinə xatirə lövhəsi quraşdırıldığı haqda məlumat vermişdik.