Sumqayıtda küçələrdən birində kanalizasiya lükünün vəziyyəti narahatlıq doğurur.
Bu barədə Sumqayit24.az-a Hacı Zeynalabdin qəsəbəsi, Cəfər Cabbarlı küçəsinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, kanalizasiya lükü xüsusi qapaqla örtülməyib. Görüntülərdən də lükün ağzının iri daş və taxtalarla qeyri-peşəkar şəkildə bağlandığı görünür.
Sakinlər bildirirlər ki, lükün bu vəziyyətdə olması ərazinin görüntüsünü korlamaqla yanaşı, gecə saatlarında hərəkət edən avtomobillər və piyadalar üçün qəza təhlükəsi yaradır.
Onlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin aradan qaldırılmasını tələb edirlər.