Milli Qəhrəman, 3-cü Ordu Korpusunun komandir müavini, qərargah rəisi (2017-2020), şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları Azərbaycan Tarixi Muzeyində nümayiş olunacaq. Sumqayıt24 bu barədə 12 iyul tarixində xəbər verir.
Əşyaları onun həyat yoldaşı Ofelya Salmanova təqdim edib. Muzeyin yeni qurulan ekspozisiyasında P. Həşimovun hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, təsbehi və əlyazmaları üçün xüsusi vitrin ayrılıb.
Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.