Prezident İlham Əliyev "Media nümayəndələrinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Sumqayit24.az xəbər verir ki, sənəd Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzalanıb.
Sərəncamla Azərbaycanda medianın inkişafında xidmətlərinə görə bir sıra media işçisi təltif edilib.
Təltif olunanlar arasında sumqayıtlı aparıcı və aktrisa Mətanət Məcnun qızı Əliverdiyeva da yer alıb. O, sərəncama əsasən, "Tərəqqi" medalı ilə təltif edilib.