Sumqayıtda noyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhərinin yerləşdiyi Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.