Sumqayıtda "PROGRO" komandası "Peşəkar İnkişaf Platforması" təlimlərinə start verir.
Uğurlu karyeraya başlamaq istəyənlər, yaşı 30-dan az olması, orta və ya ali ixtisas təhsilli olması şərtdir.
Təlimlərdə iştirak ödənişsizdir. Maraqlanan şəxslər 18 noyabr 2021-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/6ywiCF77VyVF1mWMA
Bu platformada iştirakçıları fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər gözləyir.
"PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması" UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.