PROGRO Peşəkar İnkişaf və İnnovasiyalar Platforması Sumqayıt gənclərini hazırlamağa davam edir. Bu haqda 5 iyul tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıtda 48 nəfər gəncin iştirakı ilə təlimlər təşkil olunub. Sonda platforma proqramın məzunları üçün sertifikat təqdim etmə mərasimini keçirib.
Qeyd edək ki, PROGRO mərkəzləri gənclərə iş həyatına hazırlaşmağa kömək edir və gələcək karyeraları üçün vacib bacarıqları aşılayır.