Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsi qeydiyyatında olan ehtiyaclı ailələri bayram sovqatları ilə sevindirib. Bu haqda 15 mart tarixində Sumqayıt24 QAC-a istinadən xəbər verir.
Yardım “Paşa Bank”ın dəstəyi ilə keçirilib. Bölmə sədri Mətanət Məhərrəmova bankın əməkdaşlarını salamlayıb, bayramda ahıllara göstərdikləri diqqət və qayğı üçün təşəkkürünü bildirib.
Bayram qutuları alan ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat nümayəndələrinə, QAC şəhər bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildirərək,
xeyir-dua verdilər. Yataq xəstələrinin sovqatları evlərinə çatdırılıb.