Sumqayıtda qanunsuz ov edən şəxs saxlanılıb. Sumqayıt24 bu barədə 22 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Nəzarət tədbirləri Xəzər dənizinin Sumqayıt şəhər akvatoriyasında aparılıb. Araşdırma zamanı brakonyerin şəhər sakini Ziyad Əhmədov olduğu müəyyən edilib. Ondan istifadəsi qadağan olunmuş ov alətləri və sintetik tor götürülüb.