Sumqayıtda qanunsuz küçə ticarəti hallarına qarşı profilaktik tədbirlər keçirilib. Bu haqda 2 avqust tarixində Sumqayıt24 xəbər verir.
Reyd Sumqayıt şəhər İcra Hakimiyyətinin Ticarət departamenti tərəfindən aparılıb. Qurum işçiləri qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə izahedici söhbətlər apararaq onlara xəbərdarlıq ediblər.
Qeyd edək ki, İcra Hakimiyyəti tərəfindən bu cür reydlərin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.