Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu haqda 15 mart tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət tədbirləri keçiriblər. Araşdırma zamanı qanunsuz ov edənin şəhər sakini Nicat Əlipaşayev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.