Sumqayıtda "Gənc qızların şəxsi inkişafı" adlı seminar keçirilib. Bu haqda 8 aprel tarixində Sumqayıt24 xəbər verir.
Təlimdə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər. Görüşdə Sumqayıt Gənclər evinin mentoru və könüllüləri gənc qızlarla şəxsi inkişaf və İKT sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində müzakirələr aparıblar.
Layihə Elm və Təhsil Nazirliyi, “Yenilik” İctimai Birliyi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.