top
Qubadlının azad olunmasından 5 il ötür
25 oktyabr 2025, 00:01
- +

Qubadlının azad olunmasından 5 il ötür

Bu gün Qubadlı Şəhəri Günüdür.

Sumqayit24.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Dövlət başçısı 2021-ci il iyunun 24-də də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən 5867 hərbi qulluqçu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitandır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda piyada keçidi görünməz hala düşüb

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb

Bütün xəbərlər
Dünən, 17:35

Novxanıda qaz hesabında müəmmalı borc: 1306 manat silinəcək

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda yollar sakinlər üçün "sınaq meydanı"na çevrilib

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda torpaq icarəyə götürmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
Dünən, 15:48

"Sumqayıt Toxucu-Tikiş" MMC 60 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:58

Sumqayıtda sabah leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 14:12

Sumqayıtlı Osman Xaliyevə mühüm vəzifə verildi

Bütün xəbərlər
Dünən, 13:59

400 ailənin yaşadığı "Stansiya Sumqayıt" çirkab sulara qərq olub

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Bütün xəbərlər
Dünən, 12:50

Sumqayıtda REAL TƏHLÜKƏYƏ çevrilən yataqxana

Bütün xəbərlər
Dünən, 12:07

Sumqayıtda qətllə nəticələnən görüşün pərdəarxası – 18 il həbs

Bütün xəbərlər
Dünən, 11:31

Tədris ilinin başlaması ilə bağlı iki qurumdan birgə məlumat

Bütün xəbərlər
Dünən, 10:53

Heyvanların erkən kəsiminin qarşısını almaq üçün subsidiya tətbiq edəcək

Bütün xəbərlər
Dünən, 10:04

Füzulidə yüksəklik və kəndlərin alınmasında rolu olan şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:17

Sumqayıta bu gün yağış yağa bilər

Bütün xəbərlər
05 sentyabr 2026, 18:10

Sumqayıtda bazar günü yağışlı keçə bilər

İdman
05 sentyabr 2026, 17:10

Tovuzda "Sumqayıt"la matç öncəsi azarkeş üsyanı

Bütün xəbərlər
05 sentyabr 2026, 16:33

Sumqayıt və Novxanı çimərliklərinin hava proqnozu

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

Bakı-Sumqayıt yolundakı dəhşətli tıxac nə zaman bitəcək? - AÇIQLAMA

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Bütün xəbərlər
05 sentyabr 2026, 15:10

Bakı-Sumqayıt yolu İFLİC olub

Bütün xəbərlər
05 sentyabr 2026, 14:10

İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb

Bütün xəbərlər
05 sentyabr 2026, 13:10

Sumqayıtın bu məktəbi nəticələri ilə diqqət çəkdi

Oxşar xəbərlər