Sumqayıtlı İkinci Qarabağ müharibəsi iştirakçısı Vasif Atayev ailə həyatı qurub.
Bu barədə Sumqayit24.az-a Vasif Atayev özü məlumat verib.
Vasif Atayev 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində iştirak edib. O, Murovdağ, Ağdərə və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə vuruşub.
"Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Bundan əlavə, Vasif Atayev güləş idman növü üzrə də uğurlar qazanıb.
Qeyd olunub ki, o, mas-güləş üzrə Dünya Kubokunun bürünc, sumo güləşi üzrə respublika yarışının bürünc, mas-güləş üzrə isə respublika yarışının qızıl və bürünc, medalına layiq görülüb.