Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə bu gün start veriləcək.
Sumqayit24.az xəbər verir ki, ilk oyun günündə "Sumqayıt" futbol komandası "Kür-Araz"la üz-üzə gələcək.
Matç saat 17:00-da "SOCAR Polymer Arena" həyata keçiriləcək.
Oyunu idarə edəcək hakimləri təqdim edirik:
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.