Sumqayıtda kişi meyiti aşkarlanıb. Sumqayıt24 bu haqda 2 fevral tarixində Xeberle.com-a istinadən xəbər verir.
Hadisə evlərin birində qeydə alınıb. Cansız bədənin Rusiya vətəndaşı, 34 yaşlı Ağasif Yusifova aid olduğu müəyyən edilib. Onun ölüm səbəbləri ekspertizadan sonra bilinəcək.