Sumqayıtda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 20 aprel tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 21-də havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman ola bilər. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz isə 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.