Sumqayıtda sabah gözlənilən hava şəraiti açıqlanıb. Sumqayıt24 bu haqda 12 iyul tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, iyulun 13-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək. Lakin gündüz arabir yağış və şimşək ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65%, gündüz isə 45-50% təşkil edəcək.