İyulun 6-da müşahidə ediləcək havanın proqnozu açıqlanıb. Bu haqda 5 iyul tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Sumqayıtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti olacaq. Sumqayıt və Novxanı çimərliklərində isə dəniz suyunun temperaturu 26-27° isti olacaq.