Abşeron çimərliklərində gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 12 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 13-də şimal-qərb küləyini gündüz şimal-şərq küləyi əvəzləyəcək. Sumqayıt və Novxanıda dəniz suyunun temperaturu 25-26° isti olacaq.