Sumqayıtda fevralın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, səhər bəzi yerlərdə havanın çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.