Sumqayıtda hava şəraiti qeyri-sabit olacaq. Sumqayıt24 bu haqda 11 iyun tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Yağış və şimşək ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 20-24, gündüz isə 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.