Sabah havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sumqayıt24 bu haqda 13 aprel tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 14-də Sumqayıtda cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 dərəcə, gündüz isə 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60%, gündüz 40-45% olacaq.