Sumqayıtda sabah havanın yağmursuz keçəcəyi gözlənilir. Sumqayıt24 bu haqda 27 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 28-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz isə 45-55% olacaq.