Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə iştirak ediblər. Bu haqda 27 fevral tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
"Grand Victoria" 2-ci Beynəlxalq İncəsənət müsabiqəsində sözügedən tədris ocağının 5-ci sinif şagirdi Nüşabə Babayeva 1-ci yerə, 7-ci sinif şagirdi Ləman Rüstəmova isə 2-ci yerə layiq görülüblər.
Şagirdləri müsabiqəyə məktəbin fortepiano müəlliməsi Səfiyyə Həşimova hazırlayıb və Təşəkkürnamə ilə təltif olunub.