Sumqayıtlı şagird proqramlaşdırma müsabiqəsinin bürünc medalını qazanıb. Bu haqda 10 fevral tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
VII “InfO(1)Cup” müsabiqəsi 1-9 fevral tarixlərində Rumıniyada keçirilib. 12 ölkədən 197 nəfərin qatıldığı olimpiadada 23 nömrəli məktəbin şagirdi Nəsir Bəşirov 3-cü yerə layiq görülüb.