Şagirdlər "Əziz Şuşa, sən azadsan" adlı tədbirdə iştirak ediblər
Sumqayıt məktəblərinin birində "Əziz Şuşa, sən azadsan" adlı tədbir təşkil olunub. Bu haqda bu gün, 9 iyun tarixində Sumqayıt24 sosial şəbəkələrə istinadən xəbər verir.
Tədbir 8 nömrəli məktəbdə baş tutub. Konsert məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Aidə Cəfərova tərəfindən hazırlanıb. Şagirdlər vətənpərvər ruhda şeirlər səsləndirib, mahnılar ifa edib və gözoxşar rəqslər təqdim ediblər.
Tədbiri təşkil eməkdə məqsəd xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın tarixi mədəniyyətini yetişməkdə olan gənc nəsilə aşılamaqdır.