3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə qalib olublar. Bu haqda Sumqayıt24 8 fevral tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Qazaxıstanın Astana şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalında adıçəkilən təhsil oçağının Azərbaycan qarmonu və nağara ixtisası üzrə:
- 5-ci sinif şagirdi Nicat Qafarov (müəllim: Dilşad Nuriyeva),
- 3-cü sinif şagirdi Polad Tarverdiyev (müəllim: Aynurə Məlikova),
- 4-cü sinif şagirdi Vüqar Səmiyev (müəllim: Aynurə Məlikova),
- 5-ci sinif şagirdi Elvin Məmmədli (müəllim:Nəsir Şirinov),
- 3-cü sinif şagirdi Mirzə Mahmudov (müəllim: Fəridə Bağıyeva),
- 5-ci sinif şagirdi Murad Mahmudov (müəllim: Zəminə Bayramova) 1-ci yerə layiq görülərək laureat adını qazanıblar.
Qaliblər medal və diplomla təltif olunublar.