Sumqayıtın icra başçısı Zakir Fərəcov sakinlərlə görüş keçirib. Bu haqda 8 aprel tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 21-ci məhəlləsində baş tutan qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
Şəhər rəhbəri qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.