"Kimyaçı” Mədəniyyət Sarayının qarşısında Novruz bayramı tədbiri keçirilib. Bu haqda 19 mart tarixində Sumqayıt24 xəbər verir.
Şənlikdə şəhər rəhbəri Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbləri, sakinlər iştirak ediblər.
İcra başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırıb. Baharın ölkəmizə xoşbəxtlik, bolluq və firavanlıq gətirməsini arzulayıb.
Daha sonra tədbirdə Dədə Qorqud və Bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıblar, milli geyimli uşaqlar meydanda rəqs ediblər.
Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.