Sumqayıt sakinləri 12A avtobuslarının fəaliyyətindən narazıdırlar. Sumqayıt24 bu haqda 7 aprel tarixində xəbər verir.
“Stansiya Sumqayıt” yaşayış massivinə çalışan bu xətdə avtobusların sayı azdır. Hər gün yaranan sərnişin sıxlığının “kökü” məhz bundan ibarətdir.
Qeyd edək ki, həmin massivdə şəhid ailələri və qazilər yaşayırlar.