Sumqaytlı şəhid İzzət Həmidovun anası Naftalanın icra başçısı Vüqar Novruzovun qəbulunda olub. Bu barədə 17 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Şəhər rəhbəri Vətən müharibəsində qazanılan qələbədən, canından keçən şəhidlərimizdən söz açıb, şəhid anası Vəfa İsmayılovanın “Gold Naftalan” Müalicə Mərkəzində aldığı müalicə ilə maraqlanıb.
Qeyd edək ki, İzzət Həmidov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.