Bu gün 2022-ci ilin məzunlarının son zəngi çalınıb. Çox sayda məzunların arasında Vətən müharibəsi şəhidi Taleh Kərimovun qızı Elza Talehli də var.
Elza Talehli Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli məktəbin məzunudur.
Taleh Kərimov 1985-ci ilin 6 mart tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1992-1995-ci illərdə Sumqayıt şəhərinin Corat qəsəbəsində, 7 nömrəli tam orta məktəbdə, 1995-2003-cü illərdə isə Məhəmməd Füzuli adına Tibb, Humanitar və Texniкi Təmayüllü "İstedad" Liseyində təhsil alıb.
Mayor Kərimov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.