H.Z. Tağıyev qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirə abidəsinin açılışı baş tutub. Sumqayıt24 bu barədə 5 oktyabr tarixində xəbər verir.
Şəhid Telman Abışovun xatirəsinə inşa edilmiş xatirə guşəsinin açılış mərasimində İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müəllim və şagird kollektivi, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Abışov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.