Ermənistan ordusunun törətdiyi təxribat zamanı şəhid olan hərbi qulluqçu Vidadi Zalovun ölümündən 1 il ötür. Bu haqda 11 aprel tarixində Sumqayıt24 xəbər verir.
Ötən il aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbçisi Vidadi Zalov şəhid olub.
Vidadi Zalov Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Ailəli idi, azyaşlı uşaqları Vətənə əmanət qalıblar.