Sumqayıtda şəhid Elvin İsmayılovun mövludu ilə əlaqədar "On səkkiz yaşlı Şəhidim!" adlı tədbir keçirilib. Bu barədə “Şəhid Analarına Dəstək” İB xəbər yayıb.
N. Nərimanov adına Mədəniyyət Mərkəzində təşkil olunan xatirə gecəsində şəhid ailələri, Elvin İsmayılovun təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, həmçinin hərbçilər iştirak ediblər.