Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasında "Tibbi tullantıların idarə olunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Sumqayıt24.az xəbər verir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının qatıldığı tədbirdə tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı, ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları haqqında ətraflı məlumat verilib.
Sonda xəstəxananın kollektivini maraqlandıran suallar cavablandırılıb.