Samsun Büyükşehir bələdiyyəsinin sədri Sumqayıtda olub. Bu haqda bu gün, 28 may tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Mustafa Demir öz səfəri çərçivəsində Heydər Əliyev Mərkəzini və Şəhidlər xiyabanını ziyarət edib. O, Ulu öndərin heykəlinin və “Qalib əsgər” heykəlinin qarşısına gül dəstələri düzüb. Sonra sədr Sumqayıt şəhər İH-nin başçısı Zakir Fərəcovla görüşüb. Onlar qardaşlaşmış şəhərlərin arasında son illər ərzində həyata keçirilmiş layihələr haqda müzakirələr aparıblar.
Tədbirin sonunda başçılar bir-birinə hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.