Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri və Saray qəsəbəsi ərazisindən keçən Samur-Abşeron kanalının ərazisində antisanitar vəziyyət yaranıb. Bəzi yerli sakinlər yaxınlıqda zibil qutusu olsa da, məişət tullantılarını ətrafa atırlar. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Sumqayit24.az-a bildirib ki, İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən iməcilik işləri aparılıb və ərazidə tullantılardan təmizlənib.