Saray qəsəbəsində ikimərtəbəli evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, ümumi sahəsi 180 kv.metr olan evin 90 kv.m sahəsi yanıb. Evin dam örtüyünə çəkilən şüşə-pambıqdan ibarət izolyasiya qatı və çardağına yığılan ev əşyaları yanıb.
Əraziyə cəlb olunan FHN əməkdaşları evin qalan hissəsini yanğından mühafizə ediblər.